Millinin baş məşqçisi ilə müqavilə artırıldı

Rusiya millisinin baş məşqçisi Valeri Karpin ilə müqavilə uzadılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssisin sözləşməsi 4 il müddətinə artırılıb. Bu barədə “RBK Sport” məlumat yayıb.

Karpin 2021-ci ilin yayından Rusiya yığmasına rəhbərlik edir. Komanda onun başçılığı altında 18 oyunda 11 qələbə qazanıb, 1 dəfə uduzub.