“Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq”

Azərbaycan millisi beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində sabah Qazaxıstanla qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, milli komandanın üzvü Emin Mahmudov oyunöncəsi mətbuat konfransında qələbə qazanmaq istədiklərini dilə gətirib:

“Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Matç sabah Macarıstanın Sombatxey şəhərindəki “Haladas Sport Komplexum”da keçiriləcək və 18:00-da start götürəcək.