“Neftçi” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq

“Neftçi” Premyer Liqanın 34-cü turunda “Kəpəz”lə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”da dörd futbolçu bu görüşü buraxacaq.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, müalicəsini davam etdirən Emin Mahmudov və Alfa Konte, eləcə də ötən turda qırmızı vərəqa alaraq cəzalı duruma düşən Yuri Matias bu matçı buraxmalı olacaq.

Sabah keçiriləcək “Neftçi” – “Kəpəz” oyununa saat 19:00-da start  veriləcək.