Mbappenin təqdimat vaxtı bilindi

“Real”ın yeni transferi Kilian Mbappeni təqdim edəcəyi vaxt məlum olub.

Futbolpress.az xəbər verir ki, forvard iyulun 16-də ictimaiyyətə təqdim ediləcək. Bu barədə “sport.es” saytı məlumat yayıb. Mərasim “Santyaqo Bernabeu”da təşkil olunacaq.

Mbappe hazırda Fransa yığması ilə Avro-2024-də mübarizə aparır. “Xoruzlar” 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq.