Mayda yazdıq, bu gün təsdiqləndi

“Sabah” yarımmüdafiəçi Kristian Sebalyosla yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
31 yaşlı futbolçu 2021-ci ilin avqustundan “Sabah”da çıxış edir. O, bu mövsüm rəsmi oyuna çıxmayıb.
Sebalyos ümumilikdə Azərbaycan Premyer Liqasında 29 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi iyunun 30-na qədərdir.
“Sabah”ın Sebalyosla yollarını ayıracağını maydan yazmışdıq.