İspaniyalı “Sabah”ı tərk edəcək – klub axtarışına başladı

İspaniyalı yarımmüdafiəçi Kristian Sebalyos “Sabah”dan ayrılacaq.

FutbolPress“in əldə etdiyi məlumata görə, zədə səbəbindən uzun müddətdir, kənarda qalan oyunçu baş məşqçi Krunoslav Renduliçin planlarına daxil deyil. Sebalyosun yayda başa çatacaq müqaviləsi artırılmayacaq.

31 yaşlı futbolçu 2021-ci ilin avqustundan “Sabah”da çıxış edir. O, bu mövsüm rəsmi oyuna çıxmayıb.

Sebalyos ümumilikdə Azərbaycan Premyer Liqasında 29 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi iyunun 30-na qədərdir.