Martinez “İnter”lə yeni müqavilə imzalayacaq?

“İnter”in futbolçusu Lautaro Martinez komandadakı gələcəyindən danışıb.

Futbolpress.az xəbər verir ki, o, yeni müqavilə imzalamaq fikrinədir:

“İnter”də köhnə oyunçulardan hesab olunuram. Komandaya gəldiyim ilk gündən özümə qarşı xüsusi diqqət hiss etmişəm. Mən “İnter”lə yeni müqavilə imzalamaq istəyirəm”.

Argentinalı futbolçunun komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

O, bu mövsüm 42 matçda 26 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.