Martinesin qolları Argentinaya qələbə qazandırdı

Amerika Kubokunda qrup mərhələsinin III turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, son çempion Argentina yığması Perunu məğlub edib – 2:0. “Tanqoçular” maksimum nəticə ilə 1/4 finala yüksəlib.

Digər görüşdə isə Kanada Çili ilə qolsuz heç-heçəyə razılaşıb.

Amerika Kuboku
Qrup mərhələsi, III tur

Argentina – Peru 2:0
Qollar: L.Martines, 47, 86

Kanada – Çili 0:0

Xal durumu: Argentina – 9, Kanada – 4, Çili – 2, Peru – 1