Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” II Bundesliqada bu gün növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Karlşrue” ilə qarşılaşacaq. Matça saat 16:30-da start veriləcək.
“Nürnberq” 18 turdan sonra 22 xalla 11-ci sıradadır. “Karlşrue” isə 29 xalla 5-cidir.