Mahir oynadı, “Nürnberq” qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” II Bundesliqada bu gün növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Karlşrue” ilə qarşılaşıb. Matç “Nürnberq”in qələbəsiylə başa çatıb – 2:1.

Mahir görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.

“Nürnberq” 18 turdan sonra 25 xalla 11-ci sıradadır. “Karlşrue” isə 29 xalla 6-cıdır.