Mahir oynamadı, komandası uduzdu

Almaniya 2-ci Bundesliqasında XX turun görüşləri keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” səfərdə “Şalke”nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Emreli bu matçın iştirakçısı olmayıb. 27 yaşlı forvard cəzalı durumda olduğu üçün oyunu buraxmalı olub.

Qeyd edək ki, 19 turdan sonra aktivsində 25 xal olan “Nürnberq” turnir cədvəlinin 12-cü pilləsində qərarlaşıb.