Almaniya II Bundesliqasında XX turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” çempionatda növbəti qələbəsini “Darmştadt” üzərində qazanıb. Oyun 1:0 hesabla başa çatıb. Qarşılaşmadakı yeganə qolun müəllifi Tim Dreksler olub.
Matça start heyətində başlayan Mahir 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. O, 90+3-cü dəqiqədə isə Yanni Serra ilə əvəzlənib.
20 turdan sonra aktivində 28 xalı olan “Nürnberq” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.