Məşhur futbolçuya Monakoda maşın sürmək qadağan edildi

Braziliyanın “Korintians” klubunda çıxış edən Memfis Depay şərti həbs cəzası alıb.

Futbolpress.az xəbər verir ki, niderlandlı hücumçu sərxoş halda avtomobil idarə etdiyi üçün 4 aylıq şərti həbs və 9 min avro cəriməyə məruz qalıb. Hadisə ötən il Fransada baş verib. Depaya Monakoda 2 il maşın sürmək qadağan edilib.

Depay ötən il “Lion”da çıxış edib. O, daha öncə “Barselona” və “Mançester Yunayted” kimi klubların formasını geyinib. Forvard hazırda “Korintians”ın uğurları üçün çalışır.