Serbiya millisinin sabiq futbolçusu Zoran Toşiç karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Toşiçin son ünvanı Yunanıstanda “Lamia” olub.
Zoran karyerası ərzində “Partizan”, “Mançester Yunayted”, “Köln”, ÇSKA (Moskva), “Tobol” kimi klublarda forma geyinib. O, Serbiya yığmasında 76 oyunda 11 qol vurub.