Məşhur futbolçu filmə çəkilir

“Yuventus”un sabiq futbolçusu Pol Poqba yeni filmə çəkilib.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Fransada lentə alınan “4 Zeros” filmində məşqçi rolunu oynayacaq.

Ekran işi 2025-ci ildə işıq üzü görəcək..

Film PSJ ulduzu olmaq istəyən Kidanendən bəhs edir.

Futbolçu bir müddət öncə dopinq qaydalarını pozduğuna görə 4 illik futboldan uzaqlaşdırılıb.