“Liverpul”un hədəfinə düşdü

Dortmund “Borussiya”sının oyunçusu Ceymi Qittens “Liverpul”a keçə bilər.

Futbolpress.az xəbər verir ki, “mersisaydlılar” ingiltərəli hücumçunun transferində iddialıdır. Dortmund təmsilçisi bu keçid üçün ən azı 100 milyon avro almaq niyyətindədir. Lakin “Liverpul” rəhbərliyi sözügedən məbləğlə razı deyil.

20 yaşlı futbolçunun “Borussiya” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.