Fransanın “Lion” klubu “Fənərbağça”nın futbolçusu İsmail Yükseki transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 10 milyon avro ödəməyə hazırdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İsmail qərarını Avro-2024-dən sonra verəcək. O, hazırda Türkiyə yığmasının düşərgəsindədir.
Yüksek ötən mövsüm 47 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.