Levandovski Mbappeni təriflədi

“Barselona”nın futbolçusu Robert Levandovski PSJ-nin hücumçusu Kilian Mbappeni tərifləyib.

Futbolpress.az xəbər verir ki, polşalı Mbappenin digər futbolçulardan fərqli oyun sərgilədiyini bildirib:

“Mbappe digər futbolçulardan fərqli oyun sərgiləyir. O göstərir ki, meydanda nəyin baş verdiyi önəmli deyil, əsas sənin düşündüyündü. Mbappe çox ağıllı biridir. Onunla istədiyiniz hər şeyi müzakirə edə bilərsiniz”.

Mbappenin mövsümün sonunda “Real”a keçəcəyi gözlənilir.