Legioneri “Səbail”lə vidalaşdı

“Səbail”in futbolçusu Adi Mehremiç klubu tərk edib.

Futbolpress.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. O, “dənizçilər”lə vidalaşıb.

Mehremiç 2023-cü ilin yayından “Səbail”in formasını geyinirdi. O, Premyer Liqada 31 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.