Bu gün İspaniya La Liqasında XVIII tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma baş tutub. “Real” “Sevilya” üzərində parlaq qələbə qazanaraq “ikinciliy”i ələ keçirib.
Dünən “Atletik”lə “Malyorka” səfər qələbəsinə sevinib. “Selta” isə doğma meydanda “Real Sosyedad”dan üstün olub. Bütün diqqətlərin cəmləşdiyi “Barselona” – “Atletiko” görüşündə isə sevinən tərəf madridlilər olub.
İlk oyun günündə bir qarşılaşma keçirilib. “Jirona” 3 xalı 3 qolla qazanıb.
İspaniya La Liqası
XVIII tur
21 dekabr
Jirona – Valyadolid 3:0
Qollar: D.Lopez, 31, A.Ruiz, 39, A.Dancuma, 81
Xetafe – Malyorka 0:1
Qol: K.Larin, 53 (pen.)
Selta Viqo – Real Sosyedad 2:0
Qollar: P.Duran, 40, 45+1
Osasuna – Atletik Bilbao 1:2
Qollar: L.Torro, 25 – Q.Quruzeta, 31, A.Berenquyer, 74
22 dekabr
Barselona – Atletiko Madrid 1:2
Qollar: Pedri, 30 – R.de Paul, 60, A.Sörlot, 90+6
Valensiya – Alaves 2:2
Qollar: L.Rioxa, 70 (pen.), D.Qomez, 90+8 – C.Martin, 7, X.Cordan, 88 (pen.)
Real Madrid – Sevilya 4:2
Qollar: K.Mbappe, 10, F.Valverde, 20, Rodriqo, 34, B.Diaz, 53 – İ.Romero, 35, D.Lukebakio, 85
Las Palmas – İspanyol 1:0
Qol: S.Ramirez, 67
Leqanes – Vilyareal 2:5
Qollar: S.Cisse, 7, D.Raba, 33 (pen.) – T.Barri, 16, 45+2 (pen.), 65, C.Moreno, 90+2 (pen.), P.Kabanes, 90+8
23 dekabr
Betis – Rayo Valyekano 1:1
Qollar: İsko, 37 (pen.) – İ.Palazon, 51