Kroos üçün son

Almaniyalı futbolçu Toni Kroos karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, Avro-2024-ün 1/4 final mərhələsinin İspaniya ilə görüşü yarımmüdafiəçinin karyerasındakı son matçı olub.

Görüş ispanların qələbəsiylə başa çatıb – 2:1.

Kroos 2010-cu ildə yığmada debüt edib. O, millidə 113 oyunda 17 qol vurub. 34 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Bayer”, “Bavariya” və “Real”da forma geyinib.