Konor Makqreqordan böyük məbləğli mərc

Keçmiş UFC çempionu Konor Makqreqor Amerika Kuboku ilə bağlı mərc edib.

Futbolpress.az xəbər verir ki, o, Argentina yığmasının çempion olmasına 365 min pul qoyub. “Tanqoçular” çempion olsa, Konor 1 milyondan çox qazanacaq.

Argentina Amerika Kubokunun 1/4 finalında Ekvadorla qarşılaşacaq. Görüş iyulun 5-də olacaq.