Keyndən unikal göstərici

“Bavariya”nın futbolçusu Harri Keyn Çempionlar Liqasında unikal göstəriciyə imza atıb.

Futbolpress.az xəbər verir ki, o, Münhen təmsilçisi ilə turnirdə ilk 20 oyunda 20 qolda pay sahibi olub. O, 15 qol vurub, 5 məhsuldar ötürmə edib.

Keyn “Bavariya” tarixində bunu bacaran ilk oyunçudur.

Münhen klubu dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Seltik”i 2:1 hesabıyla məğlub edib. Keyn bu görüşdə fərqlənib.