ÇL: “Milan”dan məğlubiyyət, “Bavariya”dan qələbə

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Atalanta” Belçikada “Brügge”nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Səfərdə “Bavariya” “Seltik” və “Benfika” “Monako” üzərində minimal hesablı qələbəyə sevinib.

“Milan” isə “Feyenoord”un müqavimətini qıra bilməyib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

12 fevral

21:45 Brügge (Belçika) – Atalanta (İtaliya) 2:1

Qollar: F.Jutqla, 15, G.Nilson, 90+4 (pen.), – M.Paşaliç, 41

00:00 Seltik (Şotlandiya) – Bavariya (Almaniya) 1:2

Qollar: D.Maeda, 79 – M.Olise, 45, H.Keyn, 49

00:00 Feyenoord (Niderland) – Milan (İtaliya) 1:0

Qol: İ.Payiyaxo, 3

00:00 Monako (Fransa) – Benfika (Portuqaliya) 0:1

Qol: V.Pavlidis, 48