Keyn: “Qızıl top”u hələ də arzulayıram”

“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” mükafatını qazanmaq şansını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, alman forvard mükafatı almağın uşaqlıq arzusu olduğunu deyib:

“Əlbəttə, “qızıl top”u hələ də arzulayıram. Düşünürəm ki, bunu bacararam. Performansım layiqli namizədlər sırasında olmağıma imkan verir. “Bavariya” və İngiltərə yığması mühüm titullar uğrunda mübarizə aparır. Bu komandaların bir parçasıyam və performansım məni mükafata yaxınlaşdıra bilər. “Qızıl top”u qazanmaq uşaqlıq arzumdur”.

Keyn bu mövsüm Bundesliqada 14 oyunda 15 qol vurub.