Karyerasını MLS liqasında davam etdirəcək

MLS-in “Şarlotta” klubu “Kristal Pelas”ın keçmiş vingeri Vilfrid Zahanı bir illik icarəyə götürdüyünü təsdiqləyib.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray”a məxsus olan 32 yaşlı futbolçu bu mövsümün ilk yarısını icarə əsasında “Lion”da keçirib. O, Liqa 1-də cəmi 4 matça çıxıb və cəmi bir dəfə əsas heyətdə iştirak edib.

Zaha “Şarlotta”da təyin olunmuş oyunçu yerini dolduracaq, yəni onun maaşı klubun maaş limitindən kənarda nəzərə alınacaq.