Rusiya millisinin baş məşqçisi Valeri Karpin ilə müqavilə uzadılıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin sözləşməsi 4 il müddətinə artırılıb. Bu barədə baş məşqçi özü açıqlamasında bildirib.
Karpin 2021-ci ilin yayından Rusiya yığmasına rəhbərlik edir. Komanda onun başçılığı altında 18 oyunda 11 qələbə qazanıb, 1 dəfə uduzub.