Kamerunlu keçmiş futbolçu avtoqəzada öldü

Kamerunlu keçmiş futbolçu Landri Nqemo vəfat edib.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı sabiq yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.

Nqemo karyerası ərzində Şotlandiyada “Seltik”, Fransada “Bordo”, “Sent-Etyen”, “Nansi”, Türkiyədə “Kayserispor” və “Akhisar”da çıxış edib.