İtaliyada Qasperini fərqi

İtaliya A Seriyasında may ayının ən yaxşı baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperinidir.

Mütəxəssisin rəhbərlik etdiyi Berqamo təmsilçisi bu ay keçirdiyi üç oyunda da qələbə qazanıb. Komanda “Salernitana” və “Roman”ı 2:1, “Leççe”ni isə 2:0 hesabıyla üstələyib.

“Atalanta” həm də Avropa Liqasının finalında “Bayer”i məğlub edib (3:0) və tarixində ilk kubokunu qazanıb.