Bu gün İtaliya A Seriyasında XIII turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Çempionatın favoritlərindən olan “İnter”lə “Atalanta” səfərdə keçirdikləri görüşdə qalib gəlməklə liderliyə yüksəliblər. Turun mərkəzi matçı sayılan “Milan” – “Yuventus” görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.
Dünən turun daha 5 görüşü oynanılıb. “Cenoa” – “Kalyari” və “Torino” – “Monza” qarşılıqlı qollarla bərabərliyə razı olublar. “Fiorentina” səfərdə, “Lazio” isə evdə rəqibinə qalib gəlib. “Napoli” doğma meydanda “Roma”ya minimal hesabla qalib gələrək, yenidən liderliyi ələ alıb.
Bu gün keçirilən 2 matçla tura yekun vurulub. “Udineze” səfərdə “Empoli”ylə bacarmayıb. “Venesiya” isə evdə “Leççe”yə məğlub olub.
İtaliya A Seriyası
XIII tur
23 noyabr
Verona – İnter 0:5
Qollar: J.Korrea, 17, M.Thuram, 22, 25, S.Vrij, 31, Y.Bissek, 41
Milan Yuventus 0:0
Parma – Atalanta 1:3
Qollar: M.Kanselliyeri, 49 – M.Retequi, 4, Ederson, 39, A.Lukman, 75
24 noyabr
Cenoa – Kalyari 2:2
Qollar: M.Frendrap, 12, F.Miretti, 59 – R.Marin, 8, R.Pikkoli, 88
Komo – Fiorentina 0:2
Qollar: Y.Adli, 19, M.Kean, 68
Torino – Monza 1:1
Qollar: A.Masina, 59 – M.Dyuriç, 63
Napoli – Roma 1:0
Qol: R.Lukaku, 54
Lazio – Bolonya 3:0
Qollar: S.Ciqot, 68, M.Zakkaqni, 72, F.Başiru, 90+2
25 noyabr
Empoli – Udineze 1:1
Qollar: P.Pelleqri, 23 – K.Devis, 76
Veneziya – Leççe 0:1
Qol: P.Dorqu, 70