Bu gün İtaliya A Seriyasında III tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Torino” “Venetsiya” səfərində 3 xalı 1 qolla qazanıb.
“İnter” azarkeşləri önündə “Atalanta”nı darmadağın edib. “Milan” bu turda “Latsio” səfərindən bir xalla dönüb. “Napoli” isə son dəqiqədə vurduğu qollarla “Parma”ya qalib gəlib.
Turun mərkəzi oyununda “Yuventus” “Roma” ilə “sülh”ə razılaşıb.
İtaliya A Seriyası
III tur
30 avqust
Venetsiya – Torino 0:1
Qol: S.Koko, 86
İnter – Atalanta 4:0
Qollar: B.Cimsiti, 3 (avtoqol), N.Barella, 10, M.Türam, 47, 56
31 avqust
Bolonya – Empoli 1:1
Qollar: Q.Fabbian, 2 – E.Qyasi, 3
Leççe – Kalyari 1:0
Qol: N.Krstoviç, 26
Latsio – Milan 2:2
Qollar: T.Kastelyanos, 62, B.Dia, 66 – S.Pavloviç, 8, R.Leao, 72
Napoli – Parma 2:1
Qollar: R.Lukaku, 90+2, F.Anqissa, 90+6 – A.Bonni, 19 (pen.)
1 sentyabr
Fiorentina – Montsa 2:2
Qollar: M.Kin, 45, R.Qosens, 90+6 M.Yuriç, 18, D.Maldini, 32
Cenoa – Verona 0:2
Qollar: J.Tçatçua, 55, K.Tenqstedt, 64 (pen.)
Yuventus – Roma 0:0
Udineze – Komo 1:0
Qol: Brenner, 43