“İnter” darmadağın edildi

İtaliya A Seriyasının XIV turunun təxirə salınmış “Fiorentina” – “İnter” görüşü baş tutdu.

Futbolpress.az xəbər verir ki, doğma meydanda 3 cavabsız qolla qalib gələn “bənövşəyilər” turnir cədvəlinin ilk “dördlüy”ünə daxil olub.

“İnter” isə lider “Napoli”ylə aradakı 3 xal fərqini qapada bilmədi.

İtaliya A Seriyası

XIV Tur

6 fevral

Fiorentina – İnter 3:0

Qollar: L.Ranyeri, 60, M.Kean, 68, 89