İki il “Zirə”də oynamış futbolçu azad agent oldu

“Zirə”nin sabiq futbolçusu Nemanya Andelkoviç Rusiyanın “Akron” klubundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı müdafiəçinin müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Andelkoviç 2021-2023-cü illərdə “Zirə”nin formasını geyinib. O, ötən yayda Rusiya klubuna keçmişdi.