II Liqa: 10 nəfərlə meydana çıxan komanda böyük hesabla uduzdu

Bu gün Azərbaycan II Liqasında VII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

“Dinamo” “Saatlı Araz”ı minimal hesabla məğlub edib. “Göygöl” səfərində 10 nəfərlə meydana çıxan “Füzuli” isə böyük hesabla uduzub.

Azərbaycan II Liqası
VII tur

18 oktyabr

Dinamo – Saatlı-Araz 1:0
Qol: Şahin Əliyev, 15.

Göygöl – Füzuli 9:0
Qollar: Samir Məmmədov, 6, 23, 72, 81, Zahid Sadıxov, 20, Çingiz Məmmədov, 54, İntiqam Tağıyev, 67. Araz Quliyev, 90.