İddialı açıqlama: “İndi oynasaydım, 2000-dən çox qol vurardım”

Braziliyalı keçmiş hücumçu Romario açıqlama verib.

Futbolpress.az xəbər verir ki, sabiq forvard indiki dönəmdə oynasaydı, 2000 qol vuracağını deyib:

“Düşünürəm ki, indi oynasaydım, meydanda daha uğurlu olardım. Bu dövrün futbolçuları çox axmaqdırlar. Onlar qaçır, amma texniki və ağıl cəhətdən geri qalırlar. Əminəm ki, indi oynasaydım, 2000-dən çox qol vurardım”.

Romario futbolçu kimi “Valensiya”, “Barselona”, PSV kimi klublarda forma geyinib. O, karyerası ərzində ümumilikdə 300 oyunda 225 qol vurub.