“Barselona”nın və Niderland millisinin futbolçusu Frenki de Yonq zədə səbəbindən Avro-2024-ü buraxacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü açıqlama verib. De Yonq sosial şəbəkə hesabında bunları yazıb:
“Kədərlənirəm, Avro-2024-də iştirak edə bilməyəcəyim üçün məyus oldum. Ötən həftələrdə əlimizdən gələni etdik, təəssüf ki, sağala bilmədim. Daha çox vaxta ehtiyacım var”.
Niderland millisi D qrupunda Fransa, Polşa və Avstriya ilə mübarizə aparacaq. Almaniyanın ev sahibliyi edəcəyi turnirə iyunun 14-də start veriləcək.