Hummels AVRO-2024-dən kənarda qalacaq

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels Avro-2024-də Almaniya millisinin heyətində yer almayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunub ki, millinin baş məşqçisi Yulian Nagelsmann bir neçə gün sonra açıqlayacağı heyətdə Hummelsin adı olmayacaq.

35 yaşlı futbolçu bu mövsüm “Borussiya”nın heyətində 38 matçda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.