“Borussiya” baş məşqçisi Edin Terziçə yeni müqavilə təklif edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Qeyd olunub ki, tərəflər arasında yaxın vaxtlarda yeni müqavilə imzalanacaq. Terziç 2022-ci ildən Bundesliqa klubunda çalışır.
Onun komandası bu mövsüm Bundesliqada 5-ci olduğu halda, Çempionlar Liqasında 2-ci olub.