Hidayət: “O qədər şokda idim ki, sevinə bilmədim”

Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov Bakıya qayıdıb.

Futbolpress.az xəbər verir ki, o, hava limanında jurnalistlərə açıqlamasında hisslərindən bəhs edib:

“Hisslərim çox gözəldir. Olimpiya çempionu olmaq həqiqətən, çox gözəldir. O qədər şokda idim ki, sevinə bilmədim.

Hər şey çox gözəl idi. Qarşıda çoxlu yarışlar var. İnşallah, qısa fasilədən sonra arenalara qayıdacam.