Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, bu gün mübarizəyə Azərbaycanın daha üç cüdoçusu qoşulub.
Mübarizəyə qoşulan Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq) və Acelya Toprak (57 kq) turniri medalsız başa vurublar.
73 kq çəki dərəcəsində mübarizə aparan 4 qat Avropa çempionu Hidayət Heydərov isə bütün rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıb. Onun həlledici görüşdə rəqibi Tatsuki İşixara (Yaponiya) olacaq.