Hidayət Heydərov – Olimpiya çempionu!

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Olimpiya çempionu olub.

Futbolpress.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Paris-2024-ün finalında Fransanı təmsil edən Coan-Benjamen Qabanı məğlub edib və qızıl medal qazanıb.

Hidayət bu il üçüncü dəfə beynəlxalq arenada uğur qazanıb. O, daha əvvəl Avropa və dünya çempionu olub.