Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də qızıl medal qazanıb.
Futbolpress.az xəbər verir ki, Olimpiya çempionu olan idmançı çempionluğunu belə şərh edib:
“Kolleksiyamı tamamladım. 4 illik Olimpiya yolunda bütün qüsurları götürdüm, yəqin, haqqımda pis danışmazlar. Bütün Azərbaycan xalqına sağ ol demirəm. Yarımfinala, finala çıxanda da bütün rəyləri oxumuşam. İstədiyim 2-3 nəfər burda idi, ailəm də evdə baxırdı. Onların da hamısını öpürəm. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.