Xorvatiya Futbol Federasiyasının prezidenti Marian Kustiç yığmanın baş məşqçisi Zlatko Daliçin taleyi ilə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner mütəxəssisin Avro-2024-də uğursuzluğa baxmayaraq, komandada qalacağını deyib:
“Daliç bizim məşqçimizdir və işində qalacaq. Danışdıq və əl sıxdıq. Əminlikə deyə bilərəm ki, Daliç işində olacaq”.
Xorvatiya B qrupunda İtaliya, İspaniya və Albaniya ilə mübarizə aparıb. Komanda iki xalla qrupu üçüncü sırada bitirib və turnirlə vidalaşıb.