“Fənərbağça”nın futbolçusu Brayt Osayi-Samuel klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə İngiltərənin “Vulverhempton” və “Sauthempton” klubları maraqlanır. Bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Nigeriyalı cinah oyunçusunun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. “Fənərbağça” yaxşı təklif olacağı halda, dəyərləndirəcək.
Brayt 2021-ci ildən Türkiyə klubunda çıxış edir. O, Super Liqada 95 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.