Ötən mövsümü “Fənərbağça”da keçirən Mişi Batşuayi yenidən Türkiyədə forma geyinəcək.
Futbolpress.az xəbər verir ki, belçikalı hücumçu “Qalatasaray”la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 30 yaşlı hücumçu “cim-bom”la müqavilə imzalamaq üçün İstanbula gəlib.
Batşuayi ötən mövsüm “Fənərbağça”da 43 oyunda 24 qol vurub.