“Zenit” və “Fənərbağça” müdafiəçi Oqnen Mimoviçin transferi ilə bağlı razılığa gəlib.
Futbolpress.az xəbər verir ki, 20 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarəyə götürülüb.
Mövsümə “Srvena Zvezda”da başlayan futbolçu bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Serbiyalı oyunçu 31 yanvar 2025-ci ildə Türkiyə klubuna keçib.