“Fənərbağça” milli üzvünü transfer etdi

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsümü icarə əsasında komandada keçirən Çağlar Söyüncünün transfer hüquqlarını alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Fənərbağça” “Atletiko”dan transfer etdiyi müdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb. Türkiyə klubu oyunçu üçün 8,5 milyon avro ödəyəcək.

Söyüncü ötən mövsüm “Fənərbağça”da 16 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Müdafiəçi Türkiyə yığmasının da üzvüdür.