“Fənərbağça” futbolçusuna qiymət qoydu

“Fənərbağça” futbolçusu Ferdi Kadıoğlunun transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu adı Dortmund “Borussiya”sı ilə hallanan cinah oyunçusu üçün 30 milyon avro tələb edir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Ferdi ötən mövsümdə 53 oyunda meydana çıxıb. O, bu görüşlərdə 3 qol vurub. 5 məhsuldar ötürmə edib.