Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə böyüklər arasında Dünya çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, bu gün tatamiyə 4 cüdoçumuz çıxacaq.
Belə ki, Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), 4 qat Avropa çempionu Hidayət Heydərov (73 kq) və Acelya Toprak (57 kq) qızıl medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günündə mübarizəyə qoşulan Azərbaycanın 3 cüdoçusu uğursuzluğa düçar olub.