Almaniya Bundesliqasında XVI tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, turun son oyun günündə 2 matç keçirilib. “Leyptsiq” evdə “Ştutqart” isə səfərdə 3 xalı qazanıb.
“Frankfurt”la “Maynz” qalib gəlməklə turnir cədvəlinin 3 və 4-cü sıralarına yüksəlib. “Bavariya” isə minimal hesabl qələbəylə zirvədəki yerini qoruyub.
Turun ilk günündə Dortmund “Borussiya”sı ilə Leverkuzen “Bayer”i üz-üzə gəlib. Görüş leverkuzenlilərin qələbəsiylə yekunlaşıb.
Almaniya Bundesliqası
XVI Tur
10 yanvar
Borussiya Dortmund – Bayer Leverkuzen 2:3
Qollar: C.Qittens, 12, S.Quirassi, 79 (pen.) – N.Tella, 1, P.Şik, 8, 19
11 yanvar
Frayburq – Kiel 3:2
Qollar: N.Remberq, 23, K.Qunter, 38, V.Qrifo, 74 – P.Harres, 85, 90
Haydenhayem – Yuniyon Berlin 2:0
Qollar: F.Kratziq, 17, A.Bek, 83
Hoffenhaym – Volfsburq 0:1
Qol: M.Amoura, 29
Maynz – Boxum 2:0
Qollar: J.Burkardt, 23, 69
Sant Pauli – Frankfurt 0:1
Qol: Ö.Marmuş, 32
Borussiya Münhenqladbax – Bavariya 0:1
Qol: H.Keyn, 68 (pen.)
12 yanvar
Leyptsiq – Verder Bremen 4:2
Qollar: X.Simons, 24, 35, B.Sesko, 47, K.Baumqartner, 90 – M.Veyzer, 26, O.Burke, 90+3
Auqsburq – Ştutqart 0:1
Qol: D.Undav, 65